Mehman Carçıyevdən, Qazax, Azərbaycan


19 mart 2025, 15:14
Hörmətli cənab Ali Baş Komandan!
Siz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, xalqımızın qürur yerisiniz. Bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinə də göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm.
Qarabağa növbəti səfərinizi izlədik və bir daha təsirləndik. Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən bir qrup sakinlə birlikdə Novruz tonqalını alovlandırmağınız kəndə Bahar bayramı ilə yanaşı, yeni həyatın gəlişinin rəmzinə çevrildi.
Müzəffər Ali Baş Komandan, Sizin qədəm basdığınız hər yer gülüstana çevrilir, insanların sevimli məkanı olur. Sizə dərindən təşəkkür edir, “Qədəmləriniz hər zaman mübarək olsun!” deyirik.
Fürsətdən istifadə edərək, Sizi və ailənzi qarşıdan gələn milli bayramımız Novruz Bayramı münasibəti ilə öz adımdan və Qazax rayon ictimaiyyəti adından ürəkdən təbrik edir, can sağılığı, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Carçıyev Mehman Davud oğlu,
Birinci Qarabağ müharibəsi veteranı
Azərbaycan Respublikası, Qazax şəhəri.