Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı


13 mart 2025, 12:26
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 1, maddə 41 (Cild I); 2024, № 2, maddə 155, № 6 (I kitab), maddə 654, № 8, maddə 948, № 12 (I kitab), maddə 1287) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.5.11-ci yarımbəndə “vəsaitin” sözündən sonra “və büdcədənkənar vəsaitin” sözləri əlavə edilsin;
1.2. 5.5.11-1-ci yarımbəndə “sərəncamçısı” sözündən əvvəl “, habelə Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1106 (Cild I); 2024, № 2, maddə 150) ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.”.
3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1031 (Cild I); 2024, № 8, maddə 948, № 11, maddə 1199) ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.”.
4. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1138 (Cild I) ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.”.
5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 10, maddə 1139 (Cild I) ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”nin 5.4-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Agentliyin sərəncamında qalan vəsaitdən Nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 mart 2025-ci il