“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


10 mart 2025, 13:30
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 74-VIIQD nömrəli, 16 dekabr tarixli 101-VIIQD və 29 dekabr tarixli 120-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 15-16.1.1-ci maddəyə birinci halda “daxil olmayan” sözlərindən sonra “və (və ya) xidmətlər zərfinin şərtlərinə uyğun olmayan” sözləri əlavə edilsin;
1.2. 15-17.2.3-cü maddəyə “məbləği” sözündən sonra “və onun tətbiq olunduğu hallar” sözləri əlavə edilsin;
1.3. 15-18.3-cü maddəyə “məbləği” sözündən sonra “və onun tətbiq olunduğu hallar (bu Qanunun 15-28.3-cü maddəsində göstərilən hal istisna olmaqla)” sözləri əlavə edilsin;
1.4. 15-28-ci maddə üzrə:
1.4.1. 15-28.1-ci maddədə “ambulator-poliklinik, laborator, funksional-diaqnostik” sözləri “ixtisaslaşdırılmış” sözü ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan hallar xidmətlər zərfi ilə müəyyən edilir.”;
1.4.2. 15-28.3-cü maddədə “ambulator-poliklinik, laborator, funksional-diaqnostik” sözləri “ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı” sözləri ilə əvəz edilsin;
1.4.3. 15-28.4-cü maddə ləğv edilsin;
1.5. 16-4-cü maddə üzrə:
1.5.1. 16-4.4-1-ci maddədə “və 15-28.4-cü maddələri 2025-ci” sözləri “maddəsi 2026-cı” sözləri ilə əvəz edilsin;
1.5.2. 16-4.5-ci maddədə “2025-ci” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2025-ci il