Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan


07 mart 2025, 16:51
Hörmətli cənab Prezident.
Bu gün ölkəmizdə uğurlu idman siyasəti yürüdülür. Sizin və Mehriban xanım Əliyevanın rəhbərliyi ilə idman sahəsində bir sıra layihələr uğurla icra olunur və öz müsbət nəticələrini göstərir. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır və qəbul edilir.
Doğma Qəbələmizin 2025-cı il üçün “İdman paytaxtı” seçilməsi də təsadüfi deyil. Qəbələ rayonunun 2025-ci il üçün “İdman paytaxtı” seçilməsi biz gənclər üçün çox sevindirici bir xəbər oldu. Rayonumuzda idman sahəsinə daim xüsusi diqqət ayrılıb. İnanıram ki, Qəbələ 2025-cı ildə keçiriləcək mötəbər tədbirlərə hər zaman olduğu kimi yüksək peşəkarlıqla ev sahibliyi edəcək və idmanın inkişafına öz töhfəsini verəcək.
Cənab Prezident, Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı və ölkəmizin tərəqqisi naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq. Biz gənclərə göstərilən diqqətə, qayğıya, dəstəyə görə ilk növbədə Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Var olun, cənab Prezident.
Hörmətlə,
Məmmədəliyev Xəyal İlham oğlu.
Azərbaycan Respublikası, Qəbələ rayon, Nic qəsəbəsi.