Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha


23 fevral 2025, 11:52
Əlahəzrət,
Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Bruneyi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin həm ikitərəfli əsasda, həm də çoxtərəfli müstəvidə inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2025-ci il