Ansuxskilər ailəsindən, Balakən, Azərbaycan


21 fevral 2025, 13:20
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan siyasi, iqtisadi, mədəni və digər bütün sahələrdə misilsiz uğurlara imza atıb. Ölkəmiz beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmiş, regionun lider dövlətinə çevrilmişdir. Xüsusilə, Sizin idmana və olimpiya hərəkatına verdiyiniz böyük dəstək nəticəsində Azərbaycan bu sahədə dünya miqyasında nümunəvi ölkələrdən birinə çevrilmişdir.
Sizin regionlara göstərdiyiniz qayğı nəticəsində Balakən rayonunda, ilk dəfə olaraq, BAF ağırlıqqaldırma idman klubu fəaliyyətə başlamışdır. Klubun əsas hədəfi ölkə və beynəlxalq yarışlarda uğurlar qazanaraq Azərbaycanı layiqincə təmsil etməkdir. Əminik ki, qarşıdakı illərdə ölkəmiz Sizin rəhbərliyinizlə daha böyük nailiyyətlər qazanacaq. Azərbaycan idmanı dünya arenasında yeni zəfərlərə imza atacaqdır.
Fürsətdən istifadə edərək, Sizi yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə həyatda uzun ömür, cansağlığı, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyi naminə apardığınız yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.
Ansuxskilər ailəsi adından hörmətlə,
Ansuxskiy Abdulqədir Əli oğlu.
Azərbaycan Respublikası, Balakən şəhəri.