Elçin Məmmədovdan, Gəncə, Azərbaycan


12 fevral 2025, 15:20
Hörmətli cənab Prezident.
Sizin qədim Gəncə şəhərinə diqqət və qayğınız nəticəsində şəhərimiz gündən-günə inkişaf edir, yeni müasir görkəm alır. Şəhərimizdə istifadəyə verilən yeni-yeni sosial və infrastruktur obyektləri həm qədim Gəncəyə gözəllik verir, həm də şəhər sakinlərin daha rahat və firavan yaşamasına xidmət edir. Əminik ki, bu il Gəncədə keçirilməsi nəzərdə tutulan III MDB Oyunları şəhərimizi bütün dünyaya daha yaxından tanıdacaq.
Cənab Prezident, son illər ərzində şəhər infrastrukturunun, yol-nəqliyyat sisteminin yenilənməsi, tarixi binaların bərpası və digər layihələrin icrası Gəncə sakinlərində xoş ovqat yaratmışdır. Hal-hazırda Gəncənin müxtəlif yerlərində küçələrin asfaltlanması, binaların dam örtüyünün dəyişdirilməsi və digər işlər həyata keçirilir.
Möhtərəm Prezident, qədim Gəncəmizə göstərdiyiniz diqqət və qayğıya görə bütün gəncəlilər adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Məmmədov Elçin Misir oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.