İlham Cavadovdan, Gəncə, Azərbaycan


11 fevral 2025, 16:58
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. İstər siyasi, istər iqtisadi sahədə əldə etdiyimiz bütün uğurlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində respublikamız dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib.
Cənab Prezident, 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışınız zamanı Gəncə şəhəri haqqında dedikləriniz Sizin gəncəlilərə diqqət və qayğınızdan xəbər verir. MDB Oyunlarının Azərbaycanda keçirilməsi, mərkəz kimi Gəncə şəhərinin seçilməsi və 2025-ci ildə şəhərimizdə genişmiqyaslı təmir-bərpa işlərinin aparılması, şəhər infrastrukturunun yenilənməsi barədə verdiyiniz göstərişlər gəncəlilərin böyük sevincinə səbəb olmuşdur.
Bu gün Gəncənin istirahət guşələrində, yaşayış məskənlərində yaşıllaşdırma işləri aparılır, hər tərəfdə təmir-bərpa işləri həyata keçirilir, şəhərin küçələrində əsaslı şəkildə asfaltlanma işlərinə start verilib.
Cənab Prezident, bütün bunlarla əlaqədar olaraq Gəncə sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Bütün gəncəlilər Sizinlədir.
Ulu Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Cavadov İlham Məhəmməd oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.