Elçin Cavadovdan, Gəncə, Azərbaycan


10 fevral 2025, 16:33
Hörmətli cənab Prezident.
Sizin, doğma Azərbaycanımızın inkişafı və dünyada tanınması uğrunda apardığınız işlər əvəzsizdir. Xalqımızın firavan yaşaması, torpaqlarımızın azad olunması, Qarabağda, eləcə də digər regionlarda gedən abadlıq-quruculuq işləri Sizin apardığınız məqsədyönlü siyasətin nəticəsidir.
Möhtərəm Prezident, Azərbaycanın regionlarının inkişafı, heç vaxt Sizin diqqətinizdən kənarda qalmır. Üçüncü MDB Oyunlarının əsas hissəsinin qədim tarixə malik Gəncə şəhərində keçirilməsi ilə əlaqədar burada genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Nizami yurdu olan Gəncə bütün MDB məkanına öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim edəcək.
Gəncə şəhərində təmir-bərpa işlərinin aparılması barədə göstəriş verdiyinizə görə Sizə öz adımdan və Gəncə şəhəri sakinləri adından dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm Prezident, Sizi əmin edirik ki, Gəncə əhalisi siyasətinizi daimi dəstəkləyərək həmişə Sizinlədir.
Hörmətlə,
Cavadov Elçin.
Azərbaycan Respublikası, Gəncə şəhəri.