Vilayət Yaqubovdan, Cəlilabad, Azərbaycan
28 yanvar 2025, 19:10
Hörmətli cənab Prezident,
Sizin uğurlu siyasətiniz sayəsində respublikamızın hər yerində abadlıq-quruculuq işləri davam etdirilir. Bu, ölkəmizin gündən-günə inkişaf etməsinin göstəricisidir. Görülən işlər şəhər və rayonlarımızın, qəsəbə və kəndlərimizin simasını daha da yaxşılaşdırır, insanların rahatlığına xidmət edir.
Cənab Prezident, bu gün hər bir bölgədə olduğu kimi, Cəlilabad rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilir. Bu, bizi çox sevindirir. Rayonumuzun inkişafına göstərdiyiniz diqqət və qayğıya görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin tərəqqisi, xalqımızın firavanlığı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Biz hər zaman Sizin yanınızdayıq.
Hörmətlə,
Yaqubov Vilayət
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Sərhədabad kəndi.