İlham Əliyev Niderland Krallığı senatının sədri Rene Van der Lindeni qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
08 sentyabr 2010, 15:45
Prezident İlham Əliyev Niderland Krallığı Senatının sədri Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Rene Van der Linden ilə Strasburqda keçirdiyi görüşləri və sıx təmasları məmnunluqla xatırladığını dedi.
Rene Van der Linden ölkəmizə yenidən səfər etməsindən, dostluq münasibətlərimizin və çox yaxşı əlaqələrimizin olmasından məmnunluğunu bildirdi. Avropa Şurası Parlament Assambleyasının sədrliyindən sonra Azərbaycan-Niderland dostluq qrupuna rəhbərlik etdiyini vurğulayan qonaq Senatın sədri kimi də ölkəmizlə əlaqələrə böyük önəm verdiyini dedi.
Dövlət başçısı Rene Van der Lindenin vaxtilə Azərbaycan-Niderland dostluq qrupuna sədrlik etməsini yüksək dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi. Əməkdaşlığımızın inkişafı üçün yaxşı potensialın olduğunu qeyd edən dövlətimizin başçısı Niderland Krallığı Senatının sədri Rene Van der Lindenin Azərbaycana bu səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.