logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mahir Verdiyev və Yusif Şərifovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

24 yanvar 2025, 11:40

Möhtərəm cənab Prezident.

“Yeddinci Günün Adventistləri” dini icması Azərbaycanın dini və ictimai həyatında fəal şəkildə iştirak etməkdədir. Biz xalqın digər nümayəndələri kimi ölkəmiz üçün əhəmiyyət daşıyan hadisələri izləyirik. Xalqımızın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir.

Bu illər ərzində icmaların inkişafı üçün ayrılan maddi vəsaitlərə görə də Sizə və dövlətimizə dərin təşəkkürümüzü bildirmək istəyirik.

Sizə məqsədlərinizə çatmağınıza, Azərbaycanı daha da inkişaf etdirməyinizə kömək olması üçün Rəbbimizə dua edirik.

Qoy Uca Tanrı Azərbaycanı öz əmin-amanlığında saxlasın.

Dərin hörmət və ehtiramla,

Verdiyev Mahir, Bakı şəhəri “Yeddinci Günün Adventistləri” dini icmasının sədri.

Şərifov Yusif, Gəncə şəhəri “Yeddinci Günün Adventistləri” dini icmasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi