logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

"Həyat Sözü” xristian dini icmasından, Bakı, Azərbaycan

Text size icon-size icon-size

22 yanvar 2025, 19:05

Möhtərəm cənab Prezident.

“Həyat Sözü” kilsəsi adından icmamız üçün bizə göstərilən maddi yardıma görə, Sizə dərin minnətdarlığımı bildirirəm! Səxavətiniz və dəstəyiniz cəmiyyətimiz üçün vacib rol oynayır.

Bizi dəstəkləmək qərarınız “Azərbaycanda multikulturalizm və tolerantlıq” siyasətini əks etdirir. Cəmiyyətin inkişafına, mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Bizə işimizi daha da böyük güc və qətiyyətlə davam etdirməyə imkan verən səxavətinizi yüksək qiymətləndiririk.Dəstəyinizə görə bir daha dərin təşəkkürümüzü bildirir və gələcəkdə də səmərəli əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik!

Hörmət və minnətdarlıqla,

Fərhadov Yusif, “Həyat Sözü” xristian dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi