logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Temuri Barixaşvilidən, Qax, Azərbaycan

Text size icon-size icon-size

21 yanvar 2025, 13:07

Hörmətli cənab Prezident!

Qax rayonunun Əlibəyli kəndi ərazisində yerləşən “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının üzvlərinin adından ölkəmizdə fəaliyyət göstərən dini qurumlara diqqət və qayğı, o cümlədən maliyyə yardımı göstərdiyiniz üçün Sizə minnətdarıq.

Sizin ölkədə multikultural mühitin formalaşmasına töhfə verən qərarlarınız hər bir vətəndaşı, o cümlədən bizi hər zaman qürurlandırır.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Barixaşvili Temuri, Əlibəyli kəndindəki “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri.

Azərbaycan Respublikası, Qax rayonu, Əlibəyli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi