logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Ueli Morerə

Text size icon-size icon-size

11 dekabr 2012, 18:10

Hörmətli cənab Morer,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-İsveçrə münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq daha da genişlənəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 dekabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi