logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

Text size icon-size icon-size

15 yanvar 2025, 16:52

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması və nəticədə insanların həlak olmaları, yaralanmaları Küveyt Dövlətində dərin hüzn və kədərə səbəb olmuşdur.

Zati-aliləri, Sizə və dost Azərbaycan xalqına, həlak olanların ailələrinə başsağlığı verir, Uca Allahdan həyatını itirənlərə rəhmət diləyir, “məkanları cənnət olsun” deyir, yaralananlara tezliklə sağalmalarını arzulayıram.

Dərin hörmətlə,

 

Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabah

Küveyt Dövlətinin Vəliəhdi

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi