logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

Text size icon-size icon-size

15 yanvar 2025, 16:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması və bir çox insanın yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına, xüsusilə də həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Min Aung Hlaing

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi