logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Vüqar Həsənov küçəsinin sakinlərindən, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

15 yanvar 2025, 13:37

Hörmətli cənab Prezident.

Sizin apardığınız uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq və bütün sahələrdə sürətli inkişaf hökm sürür, vətəndaşlarımız özlərini hər zaman güvəndə hiss edirlər.

Cənab Prezident, Respublikamızın hər yerində olduğu kimi bizim Tərtər rayonunda da geniş tikinti və abadlıq işləri aparılır, hər yerdə canlanma var. Küçələr təmir olunur, kommunikasiya xətləri qaydaya salınır, yollara asfalt döşənir.

Yaşadığımız Vüqar Həsənov küçəsində də sadaladığımız işlər görülür, küçəmizin yollarına asfalt salınır. Bu gün demək olar ki, şəhərimizin bütün küçələri təmir olunur. Yağışlı günlərdəki palçıqlı küçələrdən əsər-əlamət qalmayıb. Şəhərimiz gündən-günə abadlaşır, daha da gözəlləşir. İnsanların gediş-gəlişi asanlaşır.

Cənab Prezident, hamımızı sevindirən bu işlər Sizin rəhbərliyinizlə həyata keçirilir. Bizə göstərdiyiniz bu qayğıya görə Sizə minnətdarıq. Tanrı Sizi qorusun.

Hörmətlə,

Məmmədova Natiqə,

Nəsirov Ramil,

Kamilov Səbuhi,

Əsədova Mehriban,

Camalov Razil.

Azərbaycan Respublikası, Tərtər rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi