İlham Əliyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin direktorunu qəbul etmişdir
Text size
10 dekabr 2012, 17:30
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin direktoru Klaus Gerhauseri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olundu, bu əməkdaşlığın digər sahələrdə də genişlənəcəyinə əminlik ifadə edildi.