Zaur Əliyevdən, Münster, Almaniya
13 yanvar 2025, 13:26
Hörmətli cənab Prezident!
Biz, "Avropa Azərbaycan Mərkəzi" olaraq, Sizin 2025-ci il yanvar ayının 7-də yerli televiziya kanallarına verdiyiniz müsahibəni böyük diqqətlə izlədik. Bu müsahibədə nümayiş etdirdiyiniz möhkəm iradə, qətiyyət və Azərbaycanın milli maraqlarının qorunmasında tutduğunuz prinsipial mövqe bizə qürur və güvən hissi aşıladı.
Fransanın Azərbaycana qarşı əsassız və qərəzli mövqeyi bir daha göstərir ki, bəzi dövlətlər beynəlxalq hüquq prinsiplərini və ədaləti açıq şəkildə pozurlar. Sizin bu məsələlərlə bağlı çıxışlarınızda nümayiş etdirdiyiniz prinsipial mövqe və göstərdiyiniz strateji yanaşma, sadəcə bir liderin mövqeyi deyil, həm də Azərbaycan xalqı və xüsusilə bizim kimi xaricdə fəaliyyət göstərən təşkilatlar üçün bir istiqamətdir.
“Avropa Azərbaycan Mərkəzi” olaraq, Sizin çıxışlarınızdan və rəhbərliyinizdən ruhlanaraq, fəaliyyətimizi məhz bu istiqamətlər əsasında qururuq. Sizin müsahibədə vurğuladığınız prioritetlər bizim üçün yalnız bir motivasiya deyil, həm də mərkəzimizin gələcək fəaliyyət istiqamətlərini formalaşdırmaqda əsas götürdüyümüz bir təməldir.
Biz inanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycanın haqq işinə dünya birliyi tərəfindən daha geniş dəstək veriləcək və ölkəmiz beynəlxalq aləmdə haqlı mövqeyini daha da gücləndirəcək. Almaniyada fəaliyyət göstərən bir təşkilat olaraq, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq hüquqa əsaslanan mövqeyinin müdafiəsində Sizin göstərdiyiniz prinsipiallıq bizim fəaliyyətimizin təməlini təşkil edir.
Hörmətli cənab Prezident, “Avropa Azərbaycan Mərkəzi” Sizin müsahibədə vurğuladığınız prioritetlər bizim üçün yalnız bir motivasiya deyil, həm də mərkəzimizin gələcək fəaliyyət istiqamətlərini formalaşdırmaqda əsas götürdüyümüz bir yol xəritəsidir və Azərbaycanın milli maraqlarını qorumaq üçün bütün imkanlarımızı səfərbər edirk. Avropada yaşayan soydaşlarımız və dost xalqlar arasında həmrəyliyin artırılması, Azərbaycanın zəngin mədəniyyətinin və həqiqətlərinin tanıdılması istiqamətində yorulmadan çalışacağımıza əmin ola bilərsiniz.
Sizə və ailənizə möhkəm cansağlığı, Azərbaycan xalqının rifahı və ölkəmizin tərəqqisi naminə gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq.
Dərin hörmətlə,
Zaur Əliyev,
“Avropa Azərbaycan Mərkəzi”nin sədri
Almaniya Federativ Respublikası, Münster şəhəri.