logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Üzeyir Hacıbəyli küçəsinin sakinlərindən, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

10 yanvar 2025, 18:23

Möhtərəm cənab Prezident!

2025-ci ilin ilk günlərindən Tərtər şəhərinin küçələrinin təmiri və asfaltlanması işlərinə başlanılıb. Hazırda bizim yaşadığımız Üzeyir Hacıbəyli küçəsində sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün müvafiq işlər aparılır. Əvvəllər küçəmiz asfalt deyildi. Soyuq və yağışlı-qarlı havalarda çətinlik çəkirdik. İndi küçədə işıq, qaz, su və telekomunikasiya xətləri də qaydaya salınıb, yolun yatağı qum-çınqıl tökülərək xüsusi texnikalar vasitəsilə hamarlanıb. Hazırda yola asfalt örtüyü çəkilir.

Cənab Prezident, biz tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə, küçəmizdə aparılan abadlıq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Emin Əmiraslanlı,

Vaqif Hacıyev,

Sadiq Əsgərov,

Elçin Əmraslanov,

İradə Məmmədova

Azərbaycan Respublikası, Tərtər şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi