Seyşel Adaları Respublikasının Prezidenti Vavel Ramkalavandan
10 yanvar 2025, 17:56
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
“Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan zaman faciəvi şəkildə qəzaya uğraması və bu hadisə zamanı 38 nəfərin həlak olması, çoxlu sayda insanın yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.
Seyşel Adaları Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Azərbaycan xalqına, o cümlədən faciə nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm, bu kədərli günlərdə həmrəyliyimi bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Vavel Ramkalavan
Seyşel Adaları Respublikasının Prezidenti