logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sloveniya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Borut Pahora

Text size icon-size icon-size

07 dekabr 2012, 18:05

Hörmətli cənab Pahor,

Sloveniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Keçən il Sloveniyaya etdiyim rəsmi səfər zamanı Sizinlə keçirdiyim görüşü məmnuniyyətlə xatırlayıram.

Şübhə etmirəm ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Sloveniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 dekabr 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi