logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən

Text size icon-size icon-size

07 yanvar 2025, 15:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərin və ekipaj üzvlərinin faciəvi şəkildə həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Zati-alinizə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Dəhşətli qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.

Bu ağır itki bizim hamımızın ümumi kədərimizdir. Belə bir faciənin bir daha yaşanmamasını diləyirəm.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və qardaş Azərbaycan xalqına cansağlığı, firavanlıq arzulayıram.

Hörmətlə,

 

Abdullah Gül

Türkiyə Respublikasının 11-ci Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi