Gəncəli müəllimlərdən, Gəncə, Azərbaycan
08 yanvar 2025, 14:30
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan Respublikası öz qüdrətli günlərini yaşayır. İstər siyasi, istər iqtisadi sahədə əldə etdiyimiz uğurlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Ölkəmizin beynəlxalq arenada mövqeyi gündən-günə güclənir. Müdrik siyasətiniz nəticəsində respublikamız dünyada söz sahibi olan ölkələrdən biridir.
Cənab Prezident, hər bir kateqoriyadan olan vətəndaşların, o cümlədən müəllimlərin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində atdığınız addımlar bizdə böyük ruh yüksəkliyi yaradır.
Sizin 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışınız zamanı doğma Gəncəmiz haqqında dedikləriniz gəncəlilərə göstərdiyiniz diqqət və qayğının daha bir bariz nümunəsidir. Sizinlə fəxr edir və qürur duyuruq. Var olun, cənab Prezident!
Ulu Tanrı Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Gülnar Rzayeva,
Kəmalə İsgəndərova,
Ləman Həsənova.
Azərbaycan Respublikası, Gəncə şəhəri.