logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoxidən

Text size icon-size icon-size

31 dekabr 2024, 12:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dekabrın 25-də çox sayda insanın həlak olduğu və yaralandığı faciəvi təyyarə qəzası ilə bağlı xəbər bizi dərindən kədərləndirdi.

Surinam Respublikasının hökuməti və xalqı adından Azərbaycan Respublikasının hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm.

Düşüncələrimiz və dualarımız yaxınlarını itirmiş ailələrin yanındadır. Ümid edirik ki, xəsarət alan sərnişinlər tezliklə və tam sağalacaqlar.

Bu ağrılı-acılı günlərdə Uca Allahdan Sizə və xalqınıza səbir diləyirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Çandrikapersad Santoxi

Surinam Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi