logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Text size icon-size icon-size

29 dekabr 2024, 18:56

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

“AZAL” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insanların faciəvi şəkildə həlak olması xəbərini Belarus Respublikasında dərin hüzn və kədərlə qarşıladılar.

Belaruslular Azərbaycan xalqına üz vermiş fəlakətin ağrı-acısını və əvəzolunmaz itkinin kədərini bölüşürlər.

Hörmətli İlham Heydər oğlu, belə bir ağır vaxtda Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi dəstək sözlərimi qəbul etməyinizi xahiş edir, xəsarət alanlara isə tezliklə sağalmalarını arzulayıram.

Hörmətlə,

 

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi