logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elxan və Natavan Süleymanovlardan, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

29 dekabr 2024, 15:30

Hörmətli cənab Prezident!

Azərbaycanın III MDB Oyunlarına uğurla ev sahibliyi etməsi üçün, gələn ildən başlayaraq, Gəncə şəhərində çox böyük təmir-bərpa işlərinin aparılması barədə göstəriş verməyiniz gəncəlilər üçün böyük yeni il hədiyyəsi oldu.

Nizami yurdu qədim Gəncədə belə bir mötəbər idman yarışının keçirilməsi Gəncənin dünyaya daha yaxından tanıdılması və şəhərimizin sosial-iqtisadi inkişafı üçün çox əhəmiyyətlidir.

Əziz Prezidentimiz, Sizə dərindən təşəkkür edir, qüdrətli ölkəmizin xoşbəxt gələcəyi üçün gördüyünüz bütün işlərdə bol-bol uğurlar, uzun ömür, möhkəm cansağlığı arzu edirik.

Hörmətlə,

Elxan və Natavan Süleymanovlar

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi