logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Malayziyanın Kuala Lumpur şəhərinin meri Maimuna Mohd Şərifdən

Text size icon-size icon-size

27 dekabr 2024, 14:31

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.

Dekabrın 25-də çoxlu sayda insanın həyatına son qoyan dəhşətli təyyarə qəzası ilə əlaqədar Sizə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Bu faciəli hadisə Kuala-Lumpur əhalisini qəlbən sarsıtdı. Biz bu hüznlü və kədərli vaxtda Azərbaycan xalqı ilə həmrəyik. Faciə zamanı həlak olanların ruhları şad olsun, onların ailələrinə səbir diləyir, yaralananların tezliklə şəfa tapmaları üçün dua edirik.

Sizinlə birlikdə kədərlənirik və həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik.

Zati-aliləri, Kuala Lumpur əhalisinin və şəxsən mənim başsağlığımızı qəbul etməyinizi xahiş edirəm.

Dərin hüznlə,

 

Maimuna Mohd Şərif

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri,

2018-2024-cü illərdə BMT-nin Məskunlaşma
Proqramının icraçı direktoru, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvü

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi