Umud Bayramov və başqalarından, Gəncə, Azərbaycan
28 dekabr 2024, 18:09
Möhtərəm cənab Prezident,
Gəncə şəhərinə ayırdığınız diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Hər zaman Sizin diqqət mərkəzinizdə olmağımız bizim üçün qürurvericidir. Eyni zamanda, bir gənc kimi deyə bilərəm ki, Siz hər zaman biz gənclərin də ən böyük dəstəkçisi olmusunuz.
Sizin qədim Gəncəyə ayırdığınız diqqətin nəticəsində şəhərimiz son illər ərzində inkişaf etmiş, sosial və yol-nəqliyyat infrastrukturu xeyli yaxşılaşmış, bir-birindən gözəl sosial obyektlər, parklar və idman qurğuları istifadəyə verilmişdir. Bugünkü Gəncə qədim və müasir memarlıq nümunələrini özündə əks etdirən, insanların könlünü oxşayan gözəl bir şəhərdir.
Cənab Prezident, Gəncə şəhərində aparılan abadlıq və quruculuq işlərinə görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk.
Ulu Tanrı hər zaman Sizə dayaq olsun!
Hörmətlə,
Umud Bayramov,
Tofiq Ələkbərov,
Vaqif Rüstəmov,
İsmayıl Xəlilov,
Vüsal Abdullayev
Azərbaycan Respublikası, Gəncə şəhəri.