logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan

Text size icon-size icon-size

27 dekabr 2024, 13:24

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım.

Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm.

Hörmətlə,

 

Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi