“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin kollektivindən, Naxçıvan, Azərbaycan
27 dekabr 2024, 11:00
Hörmətli cənab Prezident!
Azərbaycan bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a uğurla ev sahibliyi etdi. Tərəflər konfransının bundan əvvəlki sessiyalarından fərqli olaraq, COP29 öz mütəşəkkilliyi, qəbul olunan qərarların əhəmiyyəti və effektivliyi ilə yadda qaldı. Bu, həm də Azərbaycana beynəlxalq etimadın nümunəsi, eləcə də belə möhtəşəm bir tədbirə ev sahibliyinin Azərbaycan təcrübəsinin nümayişi idi.
Sizin rəhbərliyinizlə Azərbaycan daim bəşəri əhəmiyyətli məsələlərin həlli uğrunda öncüllərdən olmuş, iqlim dəyişmələri ilə bağlı mübarizədə COP29 dünyaya daha yaxşı və perspektivli platforma təqdim etmişdir.
Naxçıvan teleradiosu da ən mühüm beynəlxalq tədbirlərdən olan COP29-un işıqlandırılmasında yaxından iştirak etmiş, gündəlik olaraq Azərbaycan, rus və ingilis dillərində yayımlanan xəbər buraxılışlarında, analitik veriliş və proqramlarda, canlı bağlantılarda Tərəflər Konfransının gedişi tamaşaçı auditoriyasına çatdırılmışdır. Teleradionun bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilmiş və 8 əməkdaşımıza Sizin tərəfinizdən təşəkkürnamə elan olunmuşdur.
Böyük diqqət və etimada görə minnətdarlığımızı bildirir, istənilən mübarizə platformasında xalqımıza böyük zəfərlər yaşadan, Azərbaycanın beynəlxalq nüfuzunu zirvələrə qaldıran Prezidentimizlə fəxr edirik.
Hörmətlə,
“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.