İlham Əliyev Eritreya Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir
01 dekabr 2012, 13:10
Prezident İlham Əliyev Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tekley Minassie Asgedomun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Tekley Minassie Asgedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Fövqəladə və səlahiyyətli səfir Tekley Minassie Asgedom Eritreya Prezidenti İsaias Afeverkinin salamlarını və Azərbaycan xalqına firavanlıq arzularını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycan Respublikası ilə Eritreya Dövləti arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Prezident İsaias Afeverkinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Eritreya Dövlətinin başçısına çatdırmağı xahiş etdi.