logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Text size icon-size icon-size

26 dekabr 2024, 16:40

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram.

Hörmətlə,

 

Peter Pelleqrini

Slovakiya Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi