logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan

Text size icon-size icon-size

26 dekabr 2024, 15:16

Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır itki ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq.

Hörmətlə,

 

Şeyx Məhəmməd bin Rəşid Al Məktum

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,

Baş naziri və Dubayın Əmiri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi