Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodikdən
Text size
26 dekabr 2024, 14:14
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti, əziz dost.
İcazə verin, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya uğraması ilə əlaqədar dərin kədərimi və hüznümü ifadə edim.
İnsan ölümü hər zaman çox ağır itkidir. Əzizlərini itirən ailələrə dərin hüznlə başsağlığı veririk, xəsarət alanların tezliklə sağalmalarını diləyirik.
Möhtərəm Prezident, xalqınıza dərin rəğbətimi bir daha ifadə edərək, bu çətin anlarda Sizə səbir arzulayıram.
Hörmətlə,
Milorad Dodik
Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti