Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Text size
25 dekabr 2024, 15:50
Dekabrın 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Rəcəb Tayyib Ərdoğan baş vermiş təyyarə qəzası ilə əlaqədar Azərbaycan Prezidentinə, həlak olanların ailə üzvlərinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.