logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı paylaşım edib

Text size icon-size icon-size

25 dekabr 2024, 12:14

Azəbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi