İrina Libnyakovadan, Bakı, Azərbaycan
28 dekabr 2024, 10:15
Hörmətli cənab Prezident, əziz İlham Heydər oğlu!
Mən hər zaman şükür edəcəyəm ki, Sizin ailənizlə, atanız - Azərbaycanın böyük oğlu Heydər Əliyevlə və ananız - mehriban insan Zərifə xanımla ünsiyyətdə olmuşam və ailənizə qırılmaz hisslərlə bağlıyam.
Sizin ailənizlə tanışlığı taleyin hədiyyəsi qəbul edirəm və ailənizin yanında keçirdiyim hər günü xoşbəxtlik və sevinc hissləri ilə xatırlayıram.
Əminəm ki, Ulu Öndər Heydər Əliyevin və Zərifə xanımın ruhu şaddır, Sizinlə, uğurlarınız və qazandığınız qələbələrlə fəxr edirlər!
Yaşadığım uzun ömrü göz önündən keçirərkən bir daha Sizin ailəni tanıdığıma görə səadət hissləri keçirirəm.
Hər şeyə görə çox sağ olun!
Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıram
Böyük hörmətlə,
Libnyakova İrina Fyodorovna
Azərbaycan Respublikası, Bakı şəhəri.