logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən

Text size icon-size icon-size

24 dekabr 2024, 13:12

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müdrik rəhbərliyiniz və uzaqgörən siyasətiniz Azərbaycanı regionun ən dinamik inkişaf edən ölkələrindən birinə, qlobal geosiyasi arenada mühüm rol oynayan güclü suveren dövlətə çevirib.

Sizin səyləriniz sayəsində Azərbaycan xalqının milli birliyi daha da möhkəmlənir, ənənəvi dəyərlər qorunur, cəmiyyətin tərəqqisinə yönəlmiş genişmiqyaslı təşəbbüslər həyata keçirilməkdə davam edir.

Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycan Respublikasının və onun vətəndaşlarının rifahı naminə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Hörmətlə,

 

Mixail Qutseriyev

Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi