“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən
24 dekabr 2024, 09:52
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli və əzizimiz cənab Prezident.
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ən xoş arzu və istəklərimizdən qaynaqlanan səmimiyyətlə təbrik etməyi özümüzə böyük şərəf hesab edirəm.
Ümummilli Liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirərək doğma Azərbaycanımızın sürətli inkişafı, dünya ölkələri arasında layiqli yer tutması, suverenliyinin tam təmin olunması ilə nəticələnən zəfərlər qazanması istiqamətində gördüyünüz böyük işlər bizi olduqca fərəhləndirir, Vətənimizdən kənarda Azərbaycançılıq ideyamız naminə yeni-yeni nailiyyətlər əldə etməyə səfərbər edir.
Azərbaycanımızın dövlət quruculuğunun möhkəmləndirilməsi üçün həyata keçirilən siyasi, iqtisadi, mədəni əməkdaşlığın genişləndirilməsinə, inkişaf etdirilməsinə göstərdiyiniz diqqəti və qayğını yüksək qiymətləndiririk.
Bu xoş fürsətdən istifadə edərək, Sizi və bütün xalqımızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyiniz dəstəyə görə dərin təşəkkürümüzü bildiririk. Bu əlamətdar gündə Zati-alinizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla,
Arif Quliyev
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri,
hüquq elmləri doktoru, Ukraynanın Əməkdar təhsil işçisi, diplomat, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki