logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəfayıl Atayevdən, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

23 dekabr 2024, 15:13

Cənab Prezident!

Ağdam rayonunda və onun kəndlərində aparılan bərpa və quruculuq işləri təqdirəlayiqdir. Bunun üçün Sizə öz təşəkkürümüzü bildiririk.

Düşmən tərəfindən ruhlar şəhərinə çevrilən Ağdam Sizin sayənizdə bu gün yeni ruha sahib olmaqdadır. Dağıdılmış, talan edilmiş obalarımız yenidən qurulur, Ağdama yeni həyat qədəm qoyur.

Əziz Prezidentimiz, Sizin gördüyünüz işlərin dəyəri ölçüyəgəlməzdir. Əsrlər keçsə də, qərinələr ötsə də bu işlər unudulmayacaq, dillərə dastan olub nəsillərdən-nəsillərə ötürüləcək.

Var olun, Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Rəfayıl Atayev

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi