Rumıniyanın Prezidenti Zati-aliləri cənab Trayan Beseskuya


30 noyabr 2012, 18:30
Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Rumıniya münasibətləri dinamik inkişaf yolundadır. Ölkələrimiz arasında daim genişlənən dostluq əlaqələri ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.
İqtisadi təşəbbüslərimizin gerçəkləşməsi istiqamətində atdığımız addımlar özünün məzmunu və perspektivləri ilə münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Əminəm ki, dostluq və tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirmək üçün bundan sonra da səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 noyabr 2012-ci il.