logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rauf Salamovdan, Oğuz, Azərbaycan

Text size icon-size icon-size

19 dekabr 2024, 15:00

Möhtərəm Prezident!

Sizin imzaladığınız sərəncamlar, verdiyiniz məqsədyönlü tapşırıqlar əsasında biz sadə kənd camaatının problemləri öz həllini tapmış, çətinlikləri aradan qaldırılmışdır. Əvvəllər bizim kəndin elektrik enerjisi ilə təchizatda müəyyən problemlər var idi. Bu məsələ artıq öz həllini tapmışdır. Muxas kəndinin elektrik şəbəkəsinin yenidən qurulması işləri uğurla başa çatdırılmışdır. Əminik ki, bu işlər sayəsində kənd əhalisi elektrik enerjisi ilə fasiləsiz və etibarlı təmin olunacaq, ev-eşiklərimiz, obalarımız daim işıq saçacaqdır.

Cənab Prezident, Muxas kəndinin elektrik şəbəkəsinin yenidən qurulmasına görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, ölkəmizin çiçəklənməsi yolunda atdığınız addımlarda daim uğurlar arzulayıram.

Hörmətlə,

Rauf Salamov

Azərbaycan Respublikası, Oğuz rayonu, Muxas kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi