logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nəriman Əliyevdən, Zaqatala, Azərbaycan

Text size icon-size icon-size

17 dekabr 2024, 16:00

Hörmətli cənab Prezident!

Üzləşdiyim çətinlik barədə Sizə yazdığım müraciətimə çox obyektiv və operativ baxıldığına və məsələnin müsbət həll olunduğuna görə dərin minnətdarlığımı bildirirəm.

Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunuzu öz işinizlə, diqqət və qayğınızla sübuta yetirmisiniz. Sizə ünvanlanan müraciətlərə göstərilən diqqət sayəsində sadə kənd sakinlərinin problemləri öz həllini tapıb, zülmətə düşən insanlar aydınlığa çıxıb, dara düşən insanlar dardan qurtulub. Mən özüm də bunu bu günlərdə bir daha gördüm.

Əziz Prezidentimiz, ocağınız daim gur yansın, eviniz ruzi-bərəkətli olsun. Sizə və ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Allah Sizi qorusun!

Hörmətlə,

Nəriman Əliyev

Azərbaycan Respublikası, Zaqatala rayonu, Dağlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi