“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
16 dekabr 2024, 17:17
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 753 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.9-cu maddə əlavə edilsin:
“1.0.9. daşınar əmlakın seriya nömrəsi – istehsalçı tərəfindən əmlaka tətbiq edilən hərf, rəqəm və ya onların kombinasiyasından ibarət eyniləşdirmə nömrəsi.”.
2. 21.1.5-ci maddəyə “təsviri” sözündən sonra “, habelə bildirişi daxil edən şəxs tərəfindən müəyyən edildikdə daşınar əmlakın seriya nömrəsi” sözləri əlavə edilsin.
3. 26.1-ci maddəyə üçüncü halda “nömrəsi” sözündən sonra “, yüklülük predmeti olan daşınar əmlakın seriya nömrəsi (olduqda)” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2024-cü il