Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə
Text size
16 dekabr 2024, 11:00
Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 dekabr 2024-cü il