Muxtar Məmmədovdan, Naxçıvan, Azərbaycan
11 dekabr 2024, 13:20
Hörmətli cənab Prezident.
Azərbaycan gənclərinə göstərdiyiniz diqqət və qayğı üçün dərin təşəkkürlərimi bildirmək istəyirəm. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən gənclər siyasəti, xüsusilə təhsil, mədəniyyət, idman və innovasiyaların təşviqi sahəsində atılan addımlar, gənclərimizin gələcək inkişafı üçün geniş imkanlar yaradır.
Son illər ərzində gənclərin təhsilini dəstəkləyən proqramlar, dövlət tərəfindən verilən təqaüdlər, beynəlxalq mübadilə imkanları və startap təşəbbüslərinin dəstəklənməsi kimi layihələr böyük əks-səda doğurmuşdur. Bu layihələr təkcə gənclərin şəxsi inkişafına deyil, eyni zamanda, ölkəmizin ümumi inkişafına mühüm töhfə verir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Muxtar Məmmədov, Naxçıvan Dövlət Universitetinin tələbəsi.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.