İlqar Kərimoğlu və başqalarından, Cəlilabad, Azərbaycan
09 dekabr 2024, 16:05
Çox hörmətli cənab Prezident.
Sizin rəhbərIiyinizlə inkişaf və tərəqqi yolu ilə inamla irəliləyən respublikamızda bu günlərdə uğurla keçirilən COP29 tədbirinə görə Sizə təşəkkür edirik. Bu beynəlxalq tədbir Azərbaycan dövlətinin ekologiyaya, ətraf mühit amilinə böyük önəm verdiyini və humanist dəyərləri hər zaman üstün tutduğunu bir daha əyani nümayiş etdirmiş oldu.
Cənab Prezident, Sizin tərəfinizdən ölkəmizdə yaradılmış ictimai-siyasi sabitlik, əmin-amanlıq, firavan həyat tərzi hər bir Azərbaycan vətəndaşının güzəranının yaxşılaşmasına xidmət edir. Əvvəllər ölkəmizdə mövcud olan bir sıra problemlər Sizin xüsusi diqqət və qayğınız nəticəsində aradan qaldırılıb. Vətəndaşlara xidmət səviyyəsi yüksəlib, əhalinin elektrik enerjisi, təbii qaz, su və kommunal xidmətlərlə təminatı xeyli yaxşılaşdırılıb.
Cənab Prezident, bütün bunlara görə Sizə təşəkkür edirik.
Uca Allah Sizi və ailə üzvlərinizi qorusun. Amin.
Hörmətlə,
Kərimoğlu İlqar,
Eyvazova Şura,
Abidinov Şahlar,
Əzizli Tural.
Azərbaycan Respublikası, Cəlilabad şəhəri.