logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mehdi Cabbarovdan, Cəlilabad, Azərbaycan

Text size icon-size icon-size

06 dekabr 2024, 13:30

Çox hörmətli cənab Prezident.

Siz doğma yurdumuzun tərəqqisi, vətəndaşlarımızın rifahının yüksəldilməsi üçün hər zaman yeni layihələr həyata keçirir, yeni təşəbbüslər irəli sürürsünüz. Bölgələrə göstərdiyiniz xüsusi diqqət və qayğınız nəticəsində Cəlilabad rayonu da son illərdə özünəməxsus inkişaf yolu keçmişdir.

Yeni-yeni sosial-infrastruktur obyektlərinin inşa edilərək istifadəyə verilməsi, küçələrin müasir üslubda abadlaşdırılması, yolların çəkilməsi və əsaslı təmiri, eləcə də digər işlər rayon sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edir.

Cənab Prezident, Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində ölkəmizin inkişafı, çiçəklənməsi və insanların rifahının davamlı olaraq yaxşılaşması göz qabağındadır. Sizə ürəkdən təşəkkür edirəm.

Hörmətlə,

Mehdi Cabbarov

Azərbaycan Respublikası, Cəlilabad şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi